Maqnus Karlsen şahmat üzrə dünya çempionudur

Maqnus Karlsen şahmat üzrə dünya çempionudur

Norveçli Maqnus Karlsen şahmat üzrə 16-cı dünya çempionu olub. O, hindistanlı Vişvanatan Anandla şahmat tacı uğrunda 10-cu görüşdə qələbə qazanıb. Oyunun 65-ci gedişi heç-heçə ilə başa çatıb və Karlsen ümumi hesabda 6,5:3,5 hesabı ilə rəqibindən üstün olub.
Reqlamentə görə noyabrın 28-dək davam etməli olan matç-turnirdə 12 partiya oynanılmalı idi. 12 partiyadan sonra hesab heç-heçə olarsa, tay-breyk nəzərdə tutulmuşdu. Amma Maqnus Karlsen buna imkan vermədi və şahmat tacını hindistanlı Vişvanatan Ananddan almağı bacardı.
Qeyd edək ki, Anand 2007-ci ildə dünya çempionluğunu rusiyalı Vladimir Kramnik üzərindəki qələbə ilə qazanmışdı. Hindistanlı şahmat tacını 2010-cu ildə bolqarıstanlı Veselin Topalov və 2012-ci ildə Boris Gelfandla görüşlərdə qoruya bilmişdi.