Çennayda çempionluq ev sahibinə qismət olub

Çennayda çempionluq ev sahibinə qismət olub

Hindistanın Çennay şəhərində şahmat üzrə kütləvi açıq turnirə yekun vurulub.
Hindistanlı şahmatçı, FİDE versiyası üzrə usta Aravind Çitambaram 11 mümkün xaldan 9 xal toplayaraq open-turnirdə çempion adını qazanıb. Ukraynalı Valeri Neverov və hindistanlı Setumaran liderdən yarım xal, hindistanlı Prassana Vişnu, Santoş Vidit və ukraynalı Vladislav Borovikov isə bir xal geri qalıblar.
Azər Mirzəyev Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticə göstərən qrossmeyster adını qazanıb. Sonuncu turda o, digər həmvətənimiz, beynəlxalq usta Bəhruz Rzayevlə heç-heçə oynayıb. Turnirin yekun cədvəlində Azər Mirzəyev 11-ci, Bəhruz Rzayev isə 18-ci yeri tutub.
İsveçrə sistemi üzrə keçən yarışlar 11 turdan ibarət olub.