Paytaxtın ən güclü məktəbli komandası məlumdur

Paytaxtın ən güclü məktəbli komandası məlumdur


Respublika Şahmat Mərkəzində paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan şahmat yarışı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan yarışda paytaxtın11 rayon komandası mübarizə aparıb. Yarışların yekun nəticələrinə görə, Nərimanov rayon komandası bütün rəqiblərinə qalib gələrək Bakı şəhər çempionu adını qazanıb.