"LeBron Ceyms erası" başa çatır?

"LeBron Ceyms erası" başa çatır?

"Los Anceles Leykers"in lideri LeBron Ceyms karyerasını bitirmək qərarına gəlib. Bu barədə tanınmış insayder Zak Lou məlumat verib. “Onun başqa komandaya keçidindən söhbət gedə bilməz. Çoxları deyir ki, o, Filadelfiyaya gedəcək. İnandırıcı görünmür. "Leykers"lə parlayan ulduz karyerasını elə burada başa vuracaq. O, vaxtilə 51 milyon dollardan imtina edib. Kim bunu edərdi?” - "RealGM ESPN" Loudan sitat gətirib.