Batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib.
Bakı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 110-dək idmançı qüvvəsini sınayır.
Turnirdə “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbinin (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (BGM) təmsilçilərinə, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstanın batut gimnastikası üzrə yığmalarının üzvləri, eləcə də “Şevardeni” və Batumi klublarının (hər ikisi Gürcüstan) gimnastları da qoşulublar.
Yarışda idmançılar fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə ustalıqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, bu gün start götürən 8-ci açıq Azərbaycan çempionatı və Bakı birinciliyinə fevralın 16-da yekun vurulacaq.