Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar.
Artıq 3 atletimiz körpücük üzərinə qalxıb. Nazilə İsmayılova 45 kq çəki dərəcəsində 11-ci olub. Tehran Məmmədov və İsa Rüstəmov isə 67 kq çəki dərəcəsində mübarizə aparıblar. Tehran bu çəkidə 12-ci, İsa isə 5-ci olub.
Bu gün Bakı vaxtı ilə saat 14:00-da Ömər Cavadov yarışa çıxacaq. O, 73 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparacaq.
Digər atletlərimizin çıxış cədvəli aşağıdakı kimidir:
16 fevral. Saat 16:00. Ravin Alməmmədov və Füqan Əliyev. 81 kq. B qrupu
17 fevral. Saat 14:00. Nurlan Məmmədzadə. 89 kq. B qrupu.
18 fevral. Saat 16:00. Əli Şükürlü. 102 kq. B qrupu.
19 fevral. Saat 19:00. Dadaş Dadaşbəyli. 109 kq. A qrupu.