40 ildən sonra təkrarlanan rekord

40 ildən sonra təkrarlanan rekord

Kanadanın Toronto şəhərindəki «Scowshabank Arena»da NHL-in müntəzəm mövsümünün oyununda "Toronto Maple Leafs" "Anaheim Ducks"ı 9:2 hesabı ilə məğlub edib. Bu görüşdə “Toronto”nun hücumçusu Oston Metyus het-trik edib. Amerikalı forvard ardıcıl ikinci matçda üç qol vurub. Bu Metyusun mövsümdə ikinci nailiyyətidir. Bununla da o, 1983/1984-cü illərdə ardıcıl iki matçda iki het-trik edən Ueyn Qretzkinin nailiyyətini təkrarlayıb. Qeyd edək ki, bu mövsüm Metyus 52 matç 48 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.