Ev sahibi üç komanda ilə təmsil olunacaq

Ev sahibi üç komanda ilə təmsil olunacaq


2016-cı ildə Azərbaycanda şahmat olimpiadası keçiriləcək. Bu olimpiadada ölkəmiz turnirin ev sahibi kimi üç komanda ilə təmsil olunacaq.

Birinci komandaya Azərbaycanın güclü şahmatçıları, ikinci yığmaya gənclər daxil ediləcəklər. Həmin gənclər arasında birinci komandanın heyətində çıxış edəcək istedadlı şahmatçılar da ola bilər. Azərbaycanın üçüncü yığması qadınlardan ibarət olacaq. Xatırladaq ki, FİDE tərəfindən təşkil edilən 42-ci Şahmat Olimpiadası 2016-cı ilin payızında Azərbaycanın paytaxtında keçiriləcək. FİDE-nin Baş Assambleyası bu barədə qərarı 2012-ci il sentyabrın 8-də qəbul edib.