Ulduz basketbolçu yorulub?

Ulduz basketbolçu yorulub?

"Qolden Steyt Uorriors"da çıxış edən Stiven Karri "Vaşinqton Uizards"la səfər matçında ilk hissəni xal qazanmadan başa vurub. «ESPN US»un araşdırmasına görə 2012-ci ilin  23 noyabr tarixindən bəri ilk dəfədir ki, Karri bu cür çıxışı ilə diqqət çəkib.

Bu mövsüm 54 matçda iştirak edən Karri hər oyuna orta hesabla 27,5 xal, 4,2 ribaund və 5,1 məhsuldar ötürmə ilə yadda qalıb. "Qolden Steyt"in baş məşqçisi Stiv Kerr Karrinin bu çıxışını yorğunluğu ilə əlaqələndirib.