Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçi vəzifəsi yenidən Fərid Cəlalova həvalə olunub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qurumun İdarəyə Heyətinin geniş iclasında bu vəzifəyə Fərid Cəlalov seçilib.
Qeyd edək ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi may-iyun aylarında Qızıl Avropa Liqasında iştirak edəcək.