Azərbaycan Kuboku: "NTD-İNDİQO" və "Sərhədçi"dən inamlı qələbə 

Azərbaycan Kuboku: "NTD-İNDİQO" və "Sərhədçi"dən inamlı qələbə 

Fevralın 28-də "Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun "B" qrupunda iki oyun keçirilib. Günün ilk oyununda "NTD-İNDİQO" və "Şəki" komandaları qarşılaşıb. Oyun Xaçmaz klubunun 103:63 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ikinci oyunu "Sərhədçi" və "Gəncə" klubları arasında olub. Görüşdə "Sərhədçi"nin 99:63 hesablı qələbəsi qeydə alınıb.