Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində ədalət təmsilçiləri arasında yer alıb. O, yarışda kişilər arasında -90 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşü idarə edib.
Bundan başqa həmçinin Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da ötən həftə sonu hakim qismində ölkəmizi beynəlxalq arenada təmsil edib. Xanım hakimimiz martın 2-3-də Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kuboku turnirində ədaləti qoruyub.