“Synergy Baku” komandası “Cycle Classic” veloyürüşündə iştirak edəcək

“Synergy Baku” komandası “Cycle Classic” veloyürüşündə iştirak edəcək


Yanvarın 29-dan fevralın 2-dək Yeni Zelandiyada "Cycle Classic” veloyürüşü keçiriləcək.
Yarışda ölkəmizi "Synergy Baku” komandası təmsil edəcək. Azərbaycanın velosipedçiləri arasında aparılan kadr dəyişiklikləri ilə əlaqədar gələn il bu kollektivin üzvlərinin orta yaşı 25-ə bərabər olacaq. Xatırladaq ki, 2013-cü ildə müvafiq yaş həddi 27 idi. Məlumat üçün qeyd edək ki, ölkəmizin ilk velosiped komandası olan "Synergy Baku” heyətini daha bir velosipedçi ilə gücləndirib. 28 yaşlı irlandiyalı Metyu Bremiye 2014-cü ildə keçiriləcək beynəlxalq yarışlarda "Synergy Baku”nun idman şərəfini qoruyacaq. 5 dəfə İrlandiya çempionu adını qazanmış velosipedçi Azərbaycan komandasının gələn mövsüm üçün sifariş etdiyi 16-cı velosipedçidir. Peşəkar karyerasına 2006-cı ildə "DFL-Cyclingnews-LItespeed” komandasında başlayan Bremiye, növbəti 2 ildə "Profel Ziegler Continental Team”, 2009-2010-cu illərdə isə "Post-Sean Kelly” komandasında çıxış edib. Metyu Bremiye 2011-ci ildə tanınmış "HTC-Highroad” komandasında, 2012-2013-cü illərdə isə daha bir məşhur klub "Omega Pharma-QuickStep”də çıxışları ilə tanınıb.
Məlumat üçün bildirək ki, təcrübəli velosipedçi 2013-cü ildə öz komandasında çempion sistemində mübarizə aparıb.
Qeyd edək ki, Metyu Bremiyenin gəlişi ilə "Synergy Baku”nun heyətindəki velosipedçilərin sayı 17-yə çatıb. Lakin Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydalarına görə, bir komanda kontinental səviyyəli yarışlarda 8-16 nəfərlə çıxış edə bilər.