Azərbaycanın 5 cüdoçusu Avstriyanın Linz şəhərində keçiriləcək Qran-Pri turnirində iştirak edəcək.
Turnirdə qadınlar arasında Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Aytac Qardaşxanlı (63 kiloqram) medallar uğrunda yarışacaqlar.
Kişilərin mübarizəsində isə Rəşid Məmmədəliyev (73 kiloqram) və Camal Qamzatxanov (+100 kiloqram) bacarıqlarını göstərəcəklər.
Yarışda komandaya böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev yarışda ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, martın 8-10-da keçiriləcək Qran-Pridə 82 ölkədən 568 idmançı mübarizə aparacaq.