Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-pri turniri keçirilirb. Yarışların ikinci günündə daha iki cüdoçumuz tatami üzərinə çıxacaq. Təmsilçilərimizdən Aytac Qardaşxanlı (-63 kq) və Rəşid Məmmədəliyev (-73 kq) mübarizəyə başlayacaqlar.
Xatırladaq ki, yarışın ilk günündə tatami üzərinə çıxan Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi -52 kq) turniri medalsız başa vurub. Turnirin sonuncu günündə - martın 10-da isə Camal Qamzatxanov (+100 kq) mübarizə aparacaq.
Qeyd edək ki, 82 ölkədən 568 idmançının iştirak etdiyi yarışda komandamız 5 (2 kişi və 3 qadın) idmançı ilə təmsil olunur.