Cüdo millimiz Linzdən bir gümüş medalla qayıdır

Cüdo millimiz Linzdən bir gümüş medalla qayıdır

Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-pri turniri keçirilib. 78 ölkədən 528 (300 kişi, 228 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 5 (2 kişi, 3 qadın) idmançı ilə təmsil olunub. Cüdoçularımız Linz sınağını bir gümüş medalla başa vurublar. Yeganə medalı komandamıza -73 kq çəki dərəcəsində qüvvəsini sınayan Rəşid Məmmədəliyev qazandırıb.