Azərbaycan Cüdo Federasiyanın əməkdaşları “Kanokan TT” İdman Klubunda, Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə və Hövsan qəsəbəsi M.Bayramov adına 196 nömrəli tam orta məktəbdə şəgirdlərlə maarifləndirici görüş keçiriblər. Sessiyada şagirdlərlə “Bullying”in mənasını, onun potensial riskləri və ona qarşı durmağın əhəmiyyəti müzakirə edilib.
Hər bir uşaq “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib. Bundan əlavə, uşaqlara məlumatlandırıcı bukletlər və qolbaqlar əldə ediblər.