Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində veteranlar arasında cüdo üzrə dünya çempionatı keçirilib. Yarışda azərbaycanlı veteran cüdoçular da iştirak ediblər. Komandamız dünya çempionatında 3 (2 qızıl, 1 gümüş) medal qazanıb. Təmsilçilərimizdən Rəsul Səlimov (90 kq) və Elxan Rəcəbli (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komandamıza digər medalı qadın cüdoçumuz qazandırıb. Yalnız finalda fransız Muriel Sigeynə məğlub olan Zülfiyə Hüseynova gümüş medala layiq görülüb.