Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk yarış gününə yekun vurulub. Turnirdə iştirak edən Azərbaycan cüdoçuları ilk yarış gününü iki medalla başa vurublar.
Komandamızın üzvlərindən Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə təmsil olunur.
Cüdoçularımız "Böyük Dəbilqə" turnirinə iki bürünc medalla başladı