Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Yarışın ikinci günündə daha üç cüdoçumuz tatami üzərinə çıxacaq. Komandamızın heyətində İbrahim Əliyev (-73 kq), Məhərrəm İmamverdiyev və Ömər Rəcəbli (hər ikisi -81 kq) medallar uğrunda mübarizə aparacaq. Təmsilçilərimizdən İbrahim Əliyev ilk görüşdə Mark Xristovla (Bolqarıstan) qarşılaşacaq.
-81 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhərrəm İmamverdiyev ilk görüşdə Qırğızıstan cüdoçusu Əsəd Masabirovla üz-üzə gələcək. Bu çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli isə Argentina təmsilçisi Tomas Moraleslə qarşılaşacaq.
Xatırladaq ki, yarışın ilk günündə komandamız iki bürünc medal qazanıb. Təmsilçimizdən Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) yığmamıza medal qazandırıb.
Qeyd edək ki, turnirə martın 24-de yekun vurulacaq.