Aleksandr Jukov: “Birinci Avropa Oyunları müvəffəqiyyətlə keçəcəkdir”

Aleksandr Jukov: “Birinci Avropa Oyunları müvəffəqiyyətlə keçəcəkdir”


Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Rusiya Milli Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov Avropa Olimpiya Komitəsinin (AOK) Romada keçirilmiş 42-ci Baş Assambleyasının yekunlarını şərh edərkən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatına da toxunub.
"Assambleyada çox maraqlı təqdimatlar, o cümlədən 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa oyunlarının təqdimatı oldu. Mən deyərdim ki, Azərbaycanın paytaxtı artıq bu oyunlara hazırdır: yeni stadionlar tikilib və güman etmək olar ki, I Avropa Oyunları müvəffəqiyyətlə keçəcəkdir. Hələlik proqramda idmanın bütün növləri əks olunmamışdır, lakin biz burada Olimpiya proqramına daxil olmayan çimərlik futbolu, karate və başqa idman növlərini görəcəyik”, - deyə ROK-un prezidenti bildirib.