Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci yarış gününə yekun vurulub.
Bu gün Azərbaycan komandasının daha üç idmançısı mübarizəyə qoşulub. Təəssüf ki, idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib. Təmsilçilərimizdən İrahim Əliyev (73 kq) birinci, Məhərrəm İmamverdiyev (81 kq) isə ikinci görüşdə uduzub. 81 kq çəki dərəcəsində tatami üzərinə çıxan digər təmsilçimiz Ömər Rəcəbli isə ardıcıl 3 rəqibini üstələsə də, 1/4 finalda və təsəlliverici görüşdə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, yarışda 13 idmançı ilə təmsil olunan komandamızın aktivində hazırda iki bürünc medal var. Komandamıza medalları yarışın ilk günündə tatami üzərinə çıxan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) qazandırıb.
Turnirə sabah yekun vurulacaq.