Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev, Gəncə RVK-nun rəhbəri Pərviz Qədirov, Sumqayıt RVK-nun rəhbəri Tariyel Alverdiyev Bakıda təşkil olunan “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində olublar.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, federasiya rəsmiləri AVF-nin idman zalında yeniyetmə və gənc qızların məşq prosesini izləyiblər.
Qeyd edək ki, düşərgəyə Sumqayıt, Oğuz, Hacıqabul, Naxçıvan, Gəncə, Tovuz və Bakı RVK-larına daxil olan bölgələrdə 2023-cü ildə aparılan seçimlər zamanı fərqlənən voleybolçu qızlar cəlb olunublar.