Yeni qanun 6 ay ərzində hazırlanmalıdır

Yeni qanun 6 ay ərzində hazırlanmalıdır


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Misir hökumətindən idman qanunlarında Olimpiya standartlarına uyğun şəkildə dəyişikliklər etməyi tələb edib.
BOK-un nümayəndələri və Misirin dövlət məmurları bu məsələni müzakirə etmək üçün Lozanna şəhərində bir araya gəliblər. BOK rəsmiləri bildiriblər ki, Misirdə 1975-ci ildən fəaliyyət göstərən idman haqqında qanun beynəlxalq Olimpiya Hərəkatının standartlarına uyğun şəkildə yenilənməlidir. BOK-un tələbinə görə, yeni qanun 6 ay ərzində hazırlanmalı və 1 il ərzində qəbul edilməlidir. BOK, eyni zamanda, həm də Misir hökumətinə ölkənin idman klublarının və federasiylarının işinə qarışmamağı tövsiyə edib.