Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Turnirin son gün Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, komandamızın üzvlərindən Elcan Hacıyev (-90 kq) və Uşangi Kokauri (+100 kq) finalda məğlub olaraq gümüş medala sahib çıxıblar.
Beləliklə, 9 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunan cüdo millimiz "Böyük Dəbilqə" turnirini iki gümüş və iki bürünc medalla başa vurublar.
Xatırladaq ki, yarışın ilk günündə milli komandamızın üzvlərindən Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) üçüncü olublar.