UFC prezidenti Dana Uayt “UFC Vegas 89” yarışında Andre Lima ilə İqor da Silva arasında baş verən döyüşdə baş verən insidenti şərh edib. “Əgər əsəbisinizsə və döyüşdən çıxmaq istəyirsinizsə, bunun bir çox yolu var. Rəqibi dişləmək edə biləcəyiniz ən pis şeydir. Buna görə diskvalifikasiya olunacaq və həyatınızın ən böyük fürsətini itirəcəksiniz”, - deyə Uaytın sözlərini “MMA Fighting” sitat gətirib.
Xatırladaq ki, həmin görüşün ikinci raundunda Silva rəqibinin əlini dişləyib və diskvalifikasiya edilib.
Bu onların UFC-də debüt döyüşü olub. Eyni zamanda da Silva karyerasında ilk məğlubiyyətini alıb.