
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə II şəhərlərarası turnirə yekun vurulub.
Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçlığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə II şəhərlərarası turnirə noyabrın 30-da start verilib. Turnir 2000-2002-cı il təvəllüdlü oğlanlar arasında keçirilib və yarışda Sumqayıtın 8 komandası ilə yanaşı Bakının 8, Gəncə 2, Siyəzən 2, Xaşmaz, Quba, Şabran, Agcabədi, Bərdə, Göyçay, Qusar, Yevlax, Qubadlı, Qəbələ, Zaqatala komandalarının iştirakı ilə 240 cüdoçuları qalib adı uğrunda mübarizə aparıblar.
İlk olaraq yarışda iştirak edən komandaların məşqçiləri və qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdükdən sonra təntənəli açılış mərasimində iştirak ediblər. Açılşda Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Iki gün gərgin idman mübarizə şəraitində davam edən turnirdə Şəhram Abbasov (30 kq. Sumqayıt-UGİM-2), Rüfət Şövlətov (34 kq Şabran), Kamran Qasımov (38 kq Siyəzən UGİM), Nicat Rzazadə (42 kq Bərküşad İ.K.), Rüfət Məmmədov (46 kq Bakı-Lokomativ), Nicat İsmayılov (50 kq. Bərküşad İ.K.), Rauf Abdullayev (55 kq "Təhsil”RİM-Sumqayıt filialı), Sabir İsmayılov (60kq Sumqayıt-İOEUGİM), Mahmudlu Qnyaz (66 kq. Neftçi-İSM) və Süleyman Yaqubov (+66 kq Bakı-Təhsil) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Turnirin qalib və mükafatçıları Baş idarə tərəfindən fəxri fərman, medal, döş nişanları və hədiyyələrlə təltif olunublar.