"Gəncə" doğma azarkeşlər önündə qələbə qazandı

"Gəncə" doğma azarkeşlər önündə qələbə qazandı

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlara start verilib. 

"Olimpnews.az" xəbər verir ki, ölkə çempionatında 18-ci turun ilk oyunu Gəncə Olimpiya İdman Kompleksində təşkil olunub. “Gəncə” klubu doğma meydanda UNEC komandasını qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:9, 25:8).