Yüksək Liqa: "Azərreyl" liderliyini davam etdirir

Yüksək Liqa: "Azərreyl" liderliyini davam etdirir

Qadın voleybolçular arasında 18-ci turun son oyunu "Murov Az Terminal” və “Azərreyl" klubları arasında keçirilib. Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən oyun “Azərreyl"in qələbəsi ilə başa çatıb - 1:3. 

Beləliklə, qadınların turnir cədvəlinə “Azərreyl” 45 xalla (15 qələbə) liderlik edir. “Abşeron” 39 xalla (13 qələbə) 2-ci, “Murov Az Terminal” 37 xalla (13 qələbə) 3-cü, “Gəncə” 27 xalla (9 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 14 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.