Yeniyetmə cüdoçularımızın təlim-məşq toplanışı başa çatıb

Yeniyetmə cüdoçularımızın təlim-məşq toplanışı başa çatıb

Azərbaycanın yeniyetmə cüdoçuları Almaniyada beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər. 

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qızlardan ibarət komandamız bu şəhərdə keçirilən Türingiya Kubokundan sonra hazırlıq prosesinə qatılıb. Hazırlıq prosesi aprelin 6-7-də Çexiyanın Teplitse şəhərində keçiriləcək Avropa Kubokuna, mayın 4-5-də Göygöldə təşkil olunacaq Avropa Kubokuna, iyun və avqust aylarında baş tutacaq Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.