Bremendən sonra Hannover

Bremendən sonra Hannover

Almaniyanın Bremen şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışını başa vuran cüdo üzrə gənclərdən ibarət yığma komandamız Hannover şəhərinə yollanıb.  Azərbaycan Cüdo Cederasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançılarımız Bremendə keçirilən beynəlxalq Masters turnirindən sonra hazırlıq prosesindən iştirak ediblər. Komandamızın üzvəri Bremen hazırlığından sonra Almanıyanın Hannover şəhərində ustalıq səviyyələrini artırmağa çalışacaqlar. Təlim-məşq toplanışına martın 30-da yekun vurulacaq.