Yeniyetmə cüdoçular Bakı birinciliyində qüvvələrini sınayacaqlar

Yeniyetmə cüdoçular Bakı birinciliyində qüvvələrini sınayacaqlar

Martın 29-31-də Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq yarışda 800-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.   

Turnir mayın 31-dən iyunun 3-dək keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyır.