AMADA-nın əməkdaşı vebinarda iştirak edib 

AMADA-nın əməkdaşı vebinarda iştirak edib 

Martın 28-də Ümumdünya Antidopinq Agentliyi (WADA) milli və regional antidopinq təşkilatlarının media və kommunikasiya şöbələrinin əməkdaşları üçün vebinar təşkil edib.

Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, vebinara AMADA-nın Media və kommunikasiya şöbəsinin rəqəmsal marketinq üzrə meneceri Mədinə Hüseyn də qatılıb.

WADA-nın Media əlaqələri və kommunikasiya şöbəsinin müdiri Ceyms Fitscerald media strategiyası, kütləvi informasiya vasitələri ilə əlaqələrin möhkəmləndirilməsinin vacibliyi və jurnalistlərin antidopinq prosesləri ilə bağlı məlumatlandırılmasının əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Avstraliya və Çin milli antidopinq agentliklərinin media və kommunikasiya vasitələrindən istifadəsi, sınaqdan keçirilmiş nümunələr və mövcud təcrübə barədə fikir mübadiləsi aparılıb.