Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
93 ölkədən 628 (355 kişi, 273 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamız turnirdə 9 idmançı ilə təmsil olunur.
İlk yarış gündə Azərbaycanın 3 cüdoçusu iki çəki dərəcəsində mübarizəyə başlayacaq.
Təmsilçilərimizdən Əhməd Yusifov (60 kq) 1/16 finalda türkiyəli Salih Yıldızla üz-üzə gələcək.
66 kq çəki dərəcəsində isə iki idmançımız - Ruslan Paşayev və Rəşad Yelkiyev tatami üzərinə çıxacaq. Hər iki idmançımız yarışa 1/32 finaldan başlayacaq. R.Paşayev türkiyəli Muhammed Dəmirəllə, R.Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulu ilə qarşılaşacaq.
Turnirə martın 31-də yekun vurulacaq.
Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar