Bakıda 9 saylı Uşaq-Gənclər Məktəbinin bazasında cüdo üzrə klublararası turnir keçirilib. 3 yaş qrupu (2000-2001, 2002-2003, 2004-2005) üzrə təşkil olunan yarışlarda "Qəbələ” idman klubunun azyaşlı cüdoçuları da fərqləniblər. Onlar yarışda 3 qızıl medala sahib çıxıblar. Sübhan Mirzəyev (24 kq), Təbriz Bağırov (26 kq) və Naməddin Yunisov (42 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.