Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə bu gün yekun vurulacaq.
Sonuncu yarış günündə Azərbaycanın daha üç cüdoçusu tatami üzərinə çıxacaq.
Komandamızın heyətində Vüqar Talıbov (-90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medallar uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, yarışda 9 cüdoçu ilə təmsil olunan Azərbaycan komandasının aktivində hələ ki bir gümüş medal var. Yeganə medalı komandamıza -73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev (73 kq) qazandırıb.
"Böyük Dəbilqə": Bu gün son üç cüdoçumuz tatami üzərinə çıxacaq