Cüdo üzrə 15 yaşadək (U-15) yeniyetmələr arasında Bakı şəhər birinciliyinin sonuncu yarış gününə start verilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın sonuncu günündə 289 cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.
Qızlar -36 kq, -48 kq, -63 kq və +63 kq çəki dərəcələrində qüvvələrini sinayacaqlar. Oğlanlar arasında isə -42 kq, -55 kq, -73 kq və +73 kq çəki dərəcələrinə qaliblərin adlarına aydınlıq gələcək.
Bu gün yeniyetmə cüdoçuların Bakı birinciliyinə yekun vurulacaq