Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokuna start verilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, Paris-2024Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 atlet (235 kişi və 231 qadın) iştirak edir. Yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar. Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Nazilə İsmayılova (45 kq) başlayıb. Millimizin üzvü ümumilikdə 127 kq (55 kq + 72 kq) nəticə ilə 5-ci yeri tutub.
Turnirə aprelin 11-də yekun vurulacaq.