Paralimpiyaçılarımız Budapeştdə 3 medal qazanıblar

Paralimpiyaçılarımız Budapeştdə 3 medal qazanıblar


Macarıstanın Budapeşt şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında paralimpiyaçılarımız da iştirak edir. Yarışın ilk günündə idmançılarımız 2 qızıl və bir bürünc medal qazanıblar. Belə ki, Ramil Qasimov (73kq) və Bayram Mustafayev (66 kq) qızıl, Elçin Talibov (60 kq) bürünc medal əldə edib. Qeyd edək ki, Avropa çempionatında müxtəlif çəkilər üzrə 16 nəfər idmançımız iştirak edəcək.Onlardan beş nəfəri ilk dəfə olaraq çempionatda gücünü sınayacaq. Qəzetimizin növbəti sayında paralimpiyaçılarımızla bağlı xəbərləri diqqətinizə çatdıracağıq.