Şahmatçılar bu dəfə Antalyada yarışırlar

Şahmatçılar bu dəfə Antalyada yarışırlar

Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatı başa çatmaq üzrədir. Artıq yarışda səkkiz turun nəticələri məlumdur. Komandamız növbəti görüşdə Misir şahmatçıları ilə qarşılaşıb. Aleksandr Xalifmanın rəhbərlik etdiyi komandamız "fironlar ölkəsi”nin komandasına böyük hesabla qalib gəlib.
8 turdan sonra turnir cədvəlinə Rusiya komandası başçılıq edir - 13 xal. Ukrayna və Çinin 12 xalı var. Ermənistan 10 xal, ABŞ 9 xal, Hollandiya 8 xal, Azərbaycan 7 xal, Almaniya 6 xal, Türkiyə isə 3 xal toplayıb. Misir komandasının aktivində xal yoxdur.
Son turda komandamız Almaniya millisi ilə qarşılaşacaq.
Görüş hər iki yığma üçün formal xarakter daşıyacaq. Çünki qalib gələcək komanda 7-ci yerə layiq görüləcək. ABŞ - Hollandiya matçının nəticəsinə əsasən, Aleksandr Xalifmanın rəhbərlik etdiyi millimiz isə ən yaxşı halda 6-cı sıraya da yüksələ bilər.
Belə ki, bu turda Rauf Məmmədov  İqor Xenkin ilə, Eltac Səfərli Qeorq Meyer ilə, Nicat Məmmədov Daniel Fridman ilə, Vasif Durarbəyli isə Arkadi Naydiçlə üz-üzə gələcək.