Aprelin 6-da Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək. ACF-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçiriləcək imtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan şəxslər iştirak edə bilər. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.