Aprelin 6-7-də Çexiyanın Teplis şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə 32 ölkədən 627 idmançı iştirak edəcək. Azərbaycan yarışda qızlar arasında 7 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Komandamızın heyətində Xədicə Abdullayeva (-40 kq), Leyla Ələkbərova (-44 kq), Könül Eyvazlı, Nuranə Hacızadə (hər ikisi -48 kq), Səmayə Yusifli, Aysun Məmmədova, Aliyə Rüstəmova, Vüsalə Hacıyeva (dördü də -52 kq), Nilgül Rzayeva, Aytən Verdiyeva (hər ikisi -57 kq), Fidan Cəlilli, Mələk Bayramlı (-63 kq) və Rəna Əhmədova (-70 kq) qüvvəsini sınayacaq.