Sabah Polşanın Poznan şəhərində cüdo üzrə Avropa Kuboku yarışı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 41 ölkədən 420 cüdoçu qüvvəsini sınayacaq. Turnirdə Azərbaycanın gənc cüdoçulardan ibarət yığma komandası da mübarizə aparacaq. Komandamız yarışda 3 çəki dərəcəsində 7 idmançı ilə təmsil olunacaq.
Qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Fəridə Mirzəyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Nuray Quliyeva (hər ikisi 52 kq), Gülnarə Bayramova, Fidan Qasımova (hər ikisi 57 kq), Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışa aprelin 14-də yekun vurulacaq.