Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib.
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də 2024-cü ilin 15-21 aprel tarixlərini əhatə edən dövrü ölkəmizdə “Ədalətli idman həftəsi” elan edib.
Qurum idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırmağa başlayıb. AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi nəzərdə tutulub. Buraya məlumatlandırıcı post və hekayələrin paylaşılması, idman ictimaiyyətinin tanınmış simalarının fikirlərini əks etdirən videoçarxlar, eyni zamanda sorğulardan ibarət müsabiqələrin təşkili aiddir.
Qeyd edək ki, WADA 2014-cü ildən bəri hər il apreldə Ədalətli İdman Günü keçirir.