Beynəlxalq Cüdo Federasiyası ilin son reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası ilin son reytinq cədvəlini açıqladı


İlin yekun təsnifatına görə, cüdoçumuz Elxan Məmmədov (100 kq) birinci pillədəki mövqeyini qoruyub. 100 kq çəki dərəcəsində digər idmançımız Elmar Qasımov isə 8-ci yerdə qərarlaşıb. 60 kq çəki dərəcəsində İlqar Müşkiyev 12-ci, Orxan Səfərov 17-ci pillədədir. Abu-Dabidə təşkil olunan Qran-pri yarışında gümüş medala sahib çıxan Nicat Şıxəlizadə (66 kq) 9-cu, Rüstəm Orucov (73 kq) 15-ci, Tural Səfquliyev (81 kq) 34-cü, Şahin Qəhrəmanov isə (90 kq) 6-cı yerdədir.
Qadın cüdoçularının reytinq siyahısında Kifayət Qasımova (57 kq) 19-cu yeri tutur. Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.