Olimpiya çempionu Elnur Məmmədli Azərbaycan Cüdo Federasiyasının (AJF) vitse-prezidenti vəzifəsinə təyin edilmib.
Olimpiya çempionunun vəzifəsi regionlarda seleksiya işi aparmaqdan ibarət olacaq. ACF-nin vitse-prezidenti Elnur Kələntərov deyib: "O, ölkəmizin rayonlarında cüdo seksiyalarının fəaliyyətini müşahidə edəcək və perspektivli gəncləri seçəcəkdir. Elnur Məmmədlinin yüksək nüfuzu var, onun işi respublikada cüdonun təbliğ olunmasına xidmət edəcəkdir. Məmmədlinin regionlarda ustad dərsləri keçirməsi də istisna olunmur”. E.Kələntərov federasiyanən başa çatmaqda olan ilin yekunlarından razı olduğunu da qeyd edib: "Deyə bilərəm ki, biz öz məqsəd və vəzifələrimizi əla yerinə yetirmişik. Təbii ki, ilk növbədə yığmamızın dünya çempionatında çıxışı barədə danışmaq lazımdır. Həmin çempionatda Elxan Məmmədov (100 kq) qızıl medal, Orxan Səfərov isə (60 kq) bürünc medal qazanmışdır. Beləliklə, Azərbaycanda cüdo tarixində ilk dəfə bizim nümayəndəmiz dünya çempionu olmuşdur. Komandanın baş məşqçisi öz işini çox gözəl yerinə yetirir və cüdoçularımızın göstərdiyi nəticələr bu fikri təsdiq edir. Bundan əlavə, biz "Neftçi” idman-sağlamlıq mərkəzi bazasında ən müasir səviyyəli məşq düşərgəsi yaratmışıq. İdmançılar burada tatami üzərində məşq etməklə yanaşı onların sərəncamında çox gözəl məşq zalı da vardır”.