Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ilk yarış gününə yekun vurulub. Komandamız çempionatın ilk gününü bir gümüş medalla başa vurub. Yeganə medalı komandamıza Balabəy Ağayev qazandırıb. -60 kq çəki dərəcəsind qüvvəsini sınayan cüdoçumuz həlledici görüşdə ispaniyalı Fransisko Qarriqosa uduzub. Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldıza (Türkiyə) məğlub olub.
Komandamızın digər üzvü Aydan Vəliyeva (52 kq) da bürünc medal uğrunda görüşündə məğlub olaraq beşinci yerlə kifayətlənib.