Azərbaycan Voleybol Federasiyası və “Azərreyl” klubunun birgə təşkilatçılığı ilə Bakıda gənc voleybolçu oğlanlar arasında keçirilən Gənclər turnirinə yekun vurulub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, fevral ayında start götürən yarışda ümumilikdə dörd komanda (“Azərreyl", “Neftçi”, “Murov Az Terminal”, MOİK) mübarizə aparıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən həlledici görüşdə “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gəlib. Oyunda 3:0 hesabı ilə qələbə qazanan “Murov Az Terminal” turnirin qalibi olub.
“Murov Az Terminal” Gənclər turnirinin qalibi oldu