"Ferrari" Formula 1 yarışlarında bundan sonra başqa adla çıxış edəcək. Aprelin 24-də Scuderia Amerikanın Hewlett Packard şirkəti ilə çoxillik müqavilə bağlanıb. Komanda bundan sonra "Scuderia Ferrari HP" olaraq yarışa qoşulacaq. HP loqoları "Ferrari" avtomobillərində, həmçinin Mayami Qran Prisindən başlayaraq "Ferrari" sürücülərinin və işçilərinin kombinezonlarında yer alacaq.
Qeyd olunur ki, Amerika şirkəti ilə əməkdaşlıq "Ferrari"yə 2025-ci il mövsümündə komandaya qoşulacaq Lyuis Hemiltonu yüksək maaşla təmin etməyə imkan verəcək.
Hazırda Skuderiyada Şarl Lekler və Karlos Sayns çıxış edir. Komanda 151 xalla Konstruktorlar çempionatında ikinci yeri tutur.