Pekində Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmatın bask növü üzrə yarışlar başa çatıb. Şəhriyar Məmmədyarov Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmatın bask növü üzrə yarışda ikinci yeri tutub. Həmyerlimiz sonuncu turda Levon Aronyan (Ermənistan) üzərində qazandığı 2 qələbə ilə ümumi hesabda 6,5 xal toplayıb.
Yarışların qalibi adına Sergey Karyakin (Rusiya) layiq görülüb. Üçüncü yeri Ruslan Ponamoryov (Ukrayna) tutub.
Yarışda ölkəmizi təmsil edən digər idmançı Teymur Rəcəbov isə ümumilikdə 3,5 xal yığa bilib.
Qeyd edək ki, bask növü üzrə yarışlarda idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparırlar.